Azərbaycanın 66 yaşlı müəllimi ilin ən yaxşısı oldu

Azərbaycanın 66 yaşlı müəllimi ilin ən yaxşısı oldu
Bütün Xəbərlər
12:22 21.08.2013
1106

Qusar rayonu Çiləgir kənd orta məktəbinin müəllimi Möhübbət Qüdrət oğlu Həsənov bu ilin ən yaxşı müəllimi seçilib Qusar rayonu Çiləgir kənd sakini 66 yaşlı Möhübbət Qüdrət oğlu Həsənov  40 ildir ki, elə doğulduğu kəndin məktəbində müəllim kimi fəaliyyət göstərir. Fiziki tərbiyə fənnindən dərs deyən Möhübbət müəllim müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirlər keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən müəllimlərdəndir. Bu günə kimi 17 şagirdini Azərbaycan İdman Akademiyasına yola salmağın sevincini yaşayan Möhübbət müəllim əməyinin diqqətdən kənarda qalmamasına, ilin ən yaxşı müəllimləri siyahısına düşməsinə sevinir. Möhübbət müəllim deyir ki, bu ilk dəfə deyil ki, onun əməyinə belə qiymət verilir. O, bundan əvvəl də bir dəfə ilin ən yaxşı müəllimi, bundan başqa əməkdar müəllim, fəxri bədən tərbiyəsi və idman işçisi, qabaqcıl təhsil işçisi adlarına da layiq görülüb. Müsahibimiz müəllim kimi fəaliyyət göstərməklə yanaşı, həm də orta ixtisas məktəbləri üçün yazılan bir sıra proqramların müəllifidir. Azərbaycan Respublikasında müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirlər həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən müəllimlərin həvəsləndiriləsi məqsədilə 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 100 ən yaxşı müəllim seçilir. “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanan müəllimlərə 5.000 manat məbləğində birdəfəlik mükafat verilir.//regional.tv

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
12:19 09.08.2025
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
11:58 09.08.2025
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
11:55 09.08.2025
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO