Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
SİYASƏT
21:09 26.02.2026
155
Xocalıda törədilən qətliam beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qınanıb və insanlıq əleyhinə cinayət, soyqırımı aktı kimi dəyərləndirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin "X"dəki hesabında qeyd olunub.

Bildirilib ki, məsuliyyət qaçılmazdır. Azərbaycan ədalətin bərqərar edilməsi, regionda sülh və sabitliyin qurulması, möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

Qeyd edək ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin yaydığı pres-relizdə Ermənistanın törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.
OXŞAR XƏBƏRLƏR