Simran BAXIŞAzərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı vətəni, Övlad edindin hər yoldan ötəni Səndən ötrü can verməyə hazır olan Yüz qəhrəman Sözdə yüzdü, Yüzdə birdi. Quyruğunda hərlənənlər, Gəlib ciyərinə girdi. İndi yaşa Sən yüz yaşa Öz üç rəngli bayrağınla. Məsudmusan? İtirilmiş 20 faiz torpağınla?! Minlərlə can qurban oldu, Heyf nakam ölənlərdən Erməniyə əsir düşən gəlinlərdən, Çoxlu bala "Vartan" oldu. Hüququndan keçən əsgər Hərəsi öz dünyasında Hərə bir qəhrəman oldu. Namusunu hifz etməyə müştaq olan Gənclər hanı? Niyə çürüyür hələ də Yerdə Mübarizin qanı? İtir, itir ərənləri Görüm hardan tapacaqsan Ramil kimi mərd oğlanı?! Sənə canın verənləri. Torpağın hər qarışında qanlı vətən, Arıq oyan! Şanlı vətən! şanlı vətən!