"Azərbaycanın bu istiqamətdə gördüyü işlər yüksək dəyərləndirilməlidir"

"Azərbaycanın bu istiqamətdə gördüyü işlər yüksək dəyərləndirilməlidir"
13:49 06.10.2025
1088
Oktyabrın 6–7-də Azərbaycan Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammitinə ev sahibliyi edəcək. Zirvədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, eləcə də Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin liderlərinin iştirakı gözlənilir.

AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli AZXEBER.COM-a bildirib ki, Türk Dövlətləri Təşkilatının son zamanlar fəallaşması və bir-birinin ardınca mühüm tədbirlər keçirməsi təqdirəlayiq haldır:

"Xüsusilə də artıq yeni bir sammitin Azərbaycanın Qəbələ şəhərində baş tutması bunun ən bariz nümunəsi olacaq. TDT-nın yaranması və inkişafı çətin, mərhələli bir prosesdən keçib. Türk Dilli Dövlətləri Sammitindən başlayaraq Türk Şurası və daha sonra indiki adıyla Türk Dövlətləri Təşkilatına qədər böyük bir yol qət olunub. Bütün bunların heç biri təsadüfi deyil”.
 


Ekspert deyib ki, artıq TDT müəyyən mənada dünyada öz mövqeyini hiss etdirməyə başlayıb:

"Əlbəttə, bu, asan proses deyil. Çünki dünya çoxqütblü istiqamətə doğru gedir və bu dünyada regional güclər formalaşır. Həmin güclərin nəinki regionda, hətta qitə və dünya miqyasında önəmli aktora çevriləcəyi də mümkündür. Tarixə nəzər salsaq, görərik ki, Türk dövlətləri bu missiyanı müxtəlif dövrlərdə yerinə yetiriblər. İstər İlk Orta əsrlərdə Hun dövləti dövründə, istər Səlcuqlar, Elxanilər, Teymurilər, Osmanlılar, Səfəvilər dönəmində – Türk xalqları dövlətçilik ənənələrini qoruyublar. Hətta miladdan öncəki dövrlərdə də Hunlardan başqa digər Türk dövlətlərinin mövcudluğu barədə məlumatlar var. Yəni, Türk dövlətlərinin Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi gücdən çıxaraq həm də hərbi-siyasi gücə çevrilməsi köklü bir prosesdir”.

Türkoloq-alim qeyd edib ki, Türk xalqlarının dövlətçilik ənənələrində, fəlsəfəsində və mədəniyyətində qırılma baş verməyib:

"Biz bu ənənəni həm miladdan öncə, həm də sonrakı dövrlərdə davam etdirmişik. Yalnız son əsrlərdə – xüsusilə 18, 19 və 20-ci əsrlərdə müəyyən problemlər yaşanıb. Lakin vaxtilə böyük ziyalımız Əli bəy Hüseynzadə qeyd etdiyi kimi, 21-ci əsrin Türk əsri olacağına inam vardı. Məhəmməd Əmin Rəsulzadə, Ziya Gökalp, Yusuf Akçura kimi mütəfəkkirlər də bu fikri dəstəkləmişdilər. Bu gün isə artıq həmin ideyalar reallığa çevrilir”.

F.Ələkbərli əlavə edib ki, TDT gələcəkdə bütün dünya üçün faydalı olacaq:

"TDT gələcəkdə dünyada əsas güc mərkəzlərindən birinə çevrildikdə, bu yalnız Türk və ya müsəlman xalqları üçün deyil, ümumilikdə digər xalqlar və dinlər üçün də böyük dəyişikliklər gətirəcək. Necə ki, tarixən Türk xalqları sülh, ədalət və sabitlik missiyasını yerinə yetiriblər”.

"Azərbaycanın bu prosesdə ön planda olması xüsusilə sevindiricidir. Azərbaycan son illərdə təşkilat daxilində çox fəal rol oynayır. Prezident İlham Əliyevin "Bizim bir ailəmiz var – o da Türk ailəsidir” fikri, eləcə də Türkiyə Günü ilə bağlı paylaşımları bu birliyin güclənməsinə verdiyi önəmi açıq şəkildə göstərir.
Hesab edirəm ki, Azərbaycanın bu istiqamətdə gördüyü işlər də yüksək dəyərləndirilməlidir. Türk Dövlətləri Təşkilatı dünya güclərindən birinə çevrildikdən sonra sülh, ədalət və barışı da özü ilə gətirəcək”-, deyə ekspert deyib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
09:11 07.11.2026
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
Tramp: ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib
09:04 07.11.2026
Tramp: ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib
Portuqaliya millisinin məşqçisi Ronaldunun komandadan gedişini şərh edib
08:55 07.11.2026
Portuqaliya millisinin məşqçisi Ronaldunun komandadan gedişini şərh edib
Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb
08:49 07.11.2026
Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb
Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər
08:42 07.11.2026
Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər
ABŞ İranın hava hücumundan müdafiə sistemlərinə zərbə endirib
08:33 07.11.2026
ABŞ İranın hava hücumundan müdafiə sistemlərinə zərbə endirib
Sabiq prezident Santyaqo Penya ev dustağı edilib
08:25 07.11.2026
Sabiq prezident Santyaqo Penya ev dustağı edilib
Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
08:16 07.11.2026
Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
Almaniya ordusunda qadın hərbçilərin sayının artırılması planlaşdırılır
08:12 07.11.2026
Almaniya ordusunda qadın hərbçilərin sayının artırılması planlaşdırılır
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
08:06 07.11.2026
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
08:00 07.11.2026
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
07:53 07.11.2026
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
07:44 07.11.2026
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
“Bu 30 illik imzamı itirib-batırmaq deməkdir” – Günel Natiq AzTV-yə etiraz etdi
07:19 07.11.2026
“Bu 30 illik imzamı itirib-batırmaq deməkdir” – Günel Natiq AzTV-yə etiraz etdi
Pedro Alyana Paraqvayın Prezidenti olub
07:03 07.11.2026
Pedro Alyana Paraqvayın Prezidenti olub
Fransa 2027-ci ildə maliyyə böhranı və resessiya riski ilə üz-üzə qala bilər
06:53 07.11.2026
Fransa 2027-ci ildə maliyyə böhranı və resessiya riski ilə üz-üzə qala bilər