Azərbaycanın cüdo millisi Qran-prini dörd medalla başa vurdu - FOTO

Azərbaycanın cüdo millisi Qran-prini dörd medalla başa vurdu - FOTO
SOSİAL
21:09 28.06.2026
264
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan millisinin üzvü Murad Fətiyev bürünc medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, 90 kq çəki dərəcəsində çıxış edən cüdoçu üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edib.

Bununla da Azərbaycan yığması turniri bir qızıl və üç bürünc medalla başa vurub. Daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə etmişdilər.

57 ölkənin təmsil olunduğu yarışda Azərbaycan millisi ümumi komanda hesabında dördüncü, kişilər arasında isə üçüncü yeri tutub.

 

 

 


OXŞAR XƏBƏRLƏR