Azərbaycanın dalaşan xalq artistləri polis bölməsində barışıb

Azərbaycanın dalaşan xalq artistləri polis bölməsində barışıb
Bütün Xəbərlər
14:15 25.08.2015
1020

Akademik Milli Dram Teatrının aktyorları - xalq artistləri Ramiz Məlik və Ramiz Novruz barışıb.

Onun sözlərinə görə, barışıq Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində baş tutub: "Bu gün səhər Polis BölməsindəRamiz Məlikdən üzr istədim. Barışdıq və Ramiz Məlik şikayət ərizəsini geri götürdü. Hazırda teatra gedirik. Bir azdan teatrda kollektivin qarşısında yenidən Ramiz Məlikdən üzr istəyəcəm. O, məndən 12 yaş böyükdür. Ağsaqqaldır. Mən ona əl qaldırmışam. Əlim üzünə dəyib. Bilmədən olub. Əsəbi olmuşam".

Ramiz Məlik də "Report"a açıqlamasındaRamiz Novruzun dediklərinitəsdiqləyib:"Mən böyüklük etdim. Onu bağışladım. Dəfələrlə üzr istədi. Polis bölməsində olduq və ərizəmi geri götürdüm. İndi teatra gedirəm. Saat 15:00-da kollektiv qarşısında məndən yenidən üzr istəyəcək. Barışdıq və söhbətin bitməsini istəyirəm".

Xatırladaq ki,avqustun 23-dəiki xalq artisti arasında münaqişə baş vermişdi. Hadisədən sonra xalq artisti Ramiz Məlik öz həmkarından polisə şikayət etmişdi.

OXŞAR XƏBƏRLƏR