Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Temperatur gecə 7-9°, gündüz 9-12° isti olacaq. Bakıda gecə 7-9°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Temperaturun gecə 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında yağış yağacağı, arabir intensivləşəcəyi ehtimalı var. Temperaturun gecə 0-4°, gündüz 5-10° isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq. Temperaturun gecə 6-11°, gündüz 11-16° isti olacağı gözlənilir.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperaturun gecə 4-9°, gündüz 9-14° isti, dağlarda 0-4°, gündüz 5-9° isti olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq. Temperaturun gecə 7-11°, gündüz 11-16° isti olacağı gözlənilir.