Azərbaycanın döyüş təyyarələri cəbhə xətti üzərində uçuşlara başlayıb.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, döyüş təyyarələri bu gün Tərtər və Ağdam istiqamətində uçuşlar həyata keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı açıqlamasında Azərbaycan HHQ-nin döyüş təyyarələrinin uçuşlarının planlı şəkildə həyata keçirildiyini bildirib.