Azərbaycanın elektron hökumət portalı əcnəbilərə xidmət göstərməyə başlayıb

Azərbaycanın elektron hökumət portalı əcnəbilərə xidmət göstərməyə başlayıb
Bütün Xəbərlər
14:22 22.11.2013
590

Azərbaycanın "Elektron hökumət" portalında xarici ölkə vətəndaşları üçün elektron xidmətlərin göstərilməsi məqsədi ilə şərait yaradılıb. 

Bu barədə cümə günü Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

Nazirlikdən deyilib ki, bununla da "Elektron hökumət" portalında (www.e-gov.az) "Qeyri-rezident" adlı bölmə əlavə edilib. Bu bölmədə 3 dövlət orqanı ilk olaraq elektron xidmətlərini yerləşdiriblər: Xarici İşlər Nazirliyi (XİN), Diasporlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.

Nazirlikdən qeyd edilib ki, XİN-in təqdim etdiyi "Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti xarici kütləvi informasiya nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi "Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti istənilən ölkə vətəndaşları üçün övladlığa götürmə prosesi ilə əlaqədardır.

Diasporlarla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi "Xaricdə yaşayan azərbaycanlıların elektron müraciəti" elektron xidməti xaricdə yaşayan azərbaycanlılar üşün nəzərdə tutulub. Bu xidmət sayəsində xaricdə yaşayanlar onları maraqlandıran məsələlərlə bağlı Komitəyə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR