Azərbaycanın əməkdar artisti: ‘Saçlarıma iki dənə «keçi» bağlayıb verilişə çıxırdım’ – MÜSAHİBƏ

Azərbaycanın əməkdar artisti: ‘Saçlarıma iki dənə «keçi» bağlayıb verilişə çıxırdım’ – MÜSAHİBƏ
MƏDƏNİYYƏT
17:18 30.05.2012
6542

AZXEBER.COM portalı, Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sevinc Əliyevanın portalımıza verdiyi müsahibəni təqdim edir.

Sənətinin fanatı olan bu xanım həmişə zəhmətkeşliyi, özünətələbkarlığı ilə fərqlənib. Aktrisa M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq fəaliyyətinə Dövlət Gənclər Teatrında başlayan Sevinc Əliyeva aşağıdakı rolları oynayıb. Qaranquş (“Əriməyən ürək” O.Uayld), Leyli (“Leyli və Məcnun”M.Füzuli), Zöhrə (“Dadaşbala əməliyyatı” R.Əlizadə), Ana (“Şəhidlər” R.Səməndər), Qurbanəli bəyin arvadı (“Qurbanəli bəy” C.Məmmədquluzadə), Məşədi Orucun anası (“Ölülər” C.Məmmədquluzadə), Ofelya (“Hamlet” V.Şekspir), Müxbir (“Varlı qadın” Ə.Əmirli) və s. 2001-ci ildə Akademik Milli Dram Teatrın artist heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində xarakterik obrazlar oynamışdır. Reyhan (“Dəlilər və ağıllılar” İ.Əfəndiyev), Xanım (“Mənim ərim dəlidir” Elçin), Şölə xanım (“Lənkəran xanının vəziri” M.F.Axundov), Fahişə (“Kəllə” N.Hikmət), Xarmiana (“Misir gecələri” səhnə redaksiyasının müəllifi M.Fərzəlibəyov), 2-ci Arzu (“İkinci səs” B.Vahabzadə), Jujuna (“Kaş araba aşmayaydı” O.İoseliani). Sevinc Əliyeva “Halallıq” (Ninka), “Mənim dayım ol”(Katibə), “Olum-ölüm və ya hər şeyə rəğmən” (Doktor) teletamaşalarına və “Qara “Volqa”" (Paxanın qızı) filminə çəkilib.

- Akademik Milli Dram Teatrında rəhbərliyin dəyişilməsi dövründə həyata keçirilən islahatlar zamanı bir çox həmkarlarının narazılıqları oldu. Sən də bildiyim qədər bir dəfə efirdə rolsuz qaldığını əsas gətirib, narazılıq etdin…

- Mən o xoşbəxt aktrisalardanam ki, həmişə rolum olub. Sadəcə bir dəfə efirdə axına qarışıb narazılığımı ifadə etdim. İndi də bunun peşmançılığını çəkirəm. Çünki Allah tərəfi mən heç vaxt rolsuz qalmamışam. Amma teatra qayıdandan sonra gördüm ki, Hüseyn Cavidin «Şeyda» tamaşasında Mələk rolu mənə həvalə olunub. Kiçik rol idi, amma tamaşanın bütün psixoloji yükü onun üzərində idi. Amma rejissor Mərahim Fərzəlibəyov o rolu ön plana çəkmişdi.

- Ümumiyyətlə, teatrdakı o dəyişikliklərə asan uyğunlaşdın?

- Mən ümumiyyətlə, heç vaxt istər köhnə, istərsə də yeni rəhbərliklə söz-sözə gəlməmişəm. Yeni rəhbərimizdən də çox razıyam, ona görə ki, yeniliklərə önəm verir. Keçən il azı 12 tamaşa təhvil verildi, onlardan elə dördündə mən çıxış etmişəm. Hamısı da fərqli obrazlardır. Aktrisa var, ilə bir tamaşa hazırlayır, amma mən normativi də doldururam. Hətta bəzən deyirlər ki, «Sevinc bu gün-sabah xalq artisti adını alacaq».

- Yeri gəlmişkən, tay-tuşlarınızın bəziləri çoxdan xalq artisti adına layiq görülüb. Nə əcəb siz hələ də əməkdar artist olaraq qalmısınız?

- Məndə bir xasiyyət var, üzlü adam deyiləm. Nə veriblər oynamışam, hətta başqaları tərəfindən bəynilməyən bir rolu mən götürüb oynamışam. O rolu elə səviyyədə ortaya çıxarmışam ki, sonradan həmin aktrisa roldan imtina etdiyinə görə peşman olub.

- Sənin üçün rolun böyüyü-kiçiyi varmı?

- Rolun böyük-kiçikliyi yoxdur, sadəcə əziyyətlisi var. Mənim rolların həmişə fərqli ampulalarda olub. Hər obrazda məni tamaşaçılar sanki kəşf ediblər.

- Məhz özünü-taleyini oynadığın obraz varmı?

- Var. «Hamlet» tamaşasında Ofeliyanı oynamışam. O vaxt Gənclər Teatrında çalışırdım, Hüseynağa Atakişiyevin quruluşunda «Hamlet» oynanıldı və mən də orda Ofeliya rolunda çıxış etdim. Həmin vaxta qədər Ofeliyanı yalnız xalq artisti Amaliya Pənahova oynamışdı. Söhbət 1996-cı ildən gedir. Bir də ən çox sevdiyim tamaşa yenə də eyni rejissorun quruluşunda hazıranan «Yeddi məhbusə»də ana rolu olub.

- Bildiyim qədər siz kino aktrisası sayılırsınız və təhsilinizi də kinoaktrisa kimi almısınız… Nə əcəb kinodan çox teatra bağlısınız?

- Gərək dəvət olsun ki, mən də çəkilim. Amma teatr məni daha çox cəlb etdi. Müəlliməm xalq artisti Şəfiqə Məmmədova həmişə mənə deyirdi ki, Sevinc sənin gözəl gözlərin var və kinoya yaraşan aktrisasan. Nəsə teatr fərqli aləmdir və mən səhnəyə çox bağlı adamam.

- Seriallar çəkilir, bəs nə əcəb həmin seriallarda görünmürsən?

- Vallah yalandan durub nə deyim. Dəvət edən yoxdur. Etsələr baxaram, niyə də çəkiməyim ki? Durub hansısa rejissora yalvarası deyiləm ki, məni filmə çək. Amma aktrisalar var ki, özləri buna can atır, mən isə səhərdən axşama qədər teatrda-səhnədə çalışıram.

- Küsülü olduğun həmkarın varmı? Ümumiyyətlə, teatrda belə hallar çox olur…

- O qədər olur ki. Mənim də küsülü olduğum həmkarlarım var. Amma səhnə belədir ki, hər şeyi unutdurur, hətta küsülülüyü də.

- Sən özün hansısa tamaşada küsülü olduğun aktyor, ya aktrisa ilə tərəf-müqabili olmusan?

- Yaxın günlərdə bir tamaşada küsülü olduğum bir aktyorla qarşı-qarşıya gələcəm. Mən tamaşada onun qızını oynayacağam.

- Küsülü olmağınızın səbəbini bilmək olar?

- Yox, demək istəmirəm. O, xalq artistidir. Bir aktrisayla da küsülüyəm, yenə də onunla bir tamaşada qarşılaşacağıq.

- Aktrisaların bir yaralı yeri də kilo almalarıdır. Amma sən həmişə formada olursan. Buna necə nail olursan?

- Nə idman edirəm, nə də pəhriz saxlayıram. Sadəcə səhərdən axşama qədər ora-bura qaçıram, məşqlər, tamaşalar-filan-bütün bunlar elə idman etmək kimi bir şeydir.

- Şəxsi həyatınızı həmişə gizlin saxlamısınız… Bəlkə ilk dəfə bizə danışasınız; ailəniz kimdir, neçə övladınız var?

- Ailəli olmuşam, ayrılmışam. Aramızda fərqli düşüncə olub. Bir oğlum var, 21 yaşında. İkinci dəfə uşağımın xatirinə ailə qurmadım. Azadlığa çox öyrənmişəm indi.

- Oğlunun aktyor olmasını istərdin?

- Yox, qətiyyən. İstəməzdim o da mənim çəkdiyim əziyyətləri çəksin.

- Arzuladığın, amma oynamadığın rollar varmı?

- Mən hansı rolu istəmişəm, hərlənib-fırlanıb o rol mənə qismət olub. Özü də mən o rolu elə şəkildə təqdim etmişəm ki, hamı heyran qalıb.

- Bir ara dəb idi, aktrisalar müğənni kimi çıxış edirdi. Siz də bəxtinizi sınadınız. Amma indi səsiniz gəlmir?

- O vaxt dəb xarakteri daşıyırdı, ya nəsə mən də axına qoşulum. Mənim «Sevirəm səni» adlı mahnım vardı, Sevda Məmmədli yazmışdı o mahnını. Bir gün Sevda xanım mənə zəng elədi ki, o mahnını Brilliant Dadaşova istəyir, verim, ya yox? Hələ bir söz deməmişəm. Bir neçə televiziya verilişlərində mahnılar oxumuşam.

- Əvvəllər ABA kanalı vardı və sən onlarda «Dedi-qodu» proqramının da aparıcısı olmusan… Yadındadır?

- Əlbəttə yadımdadır, saçlarımı iki dənə «keçi» bağlayıb çıxırdım verilişə.

- İndi də aparıcı olmaq istərdinmi?

- Əlbəttə dəvət etsələr, məmnuniyyətlə, aparıcılıq edərdim.

- «Dedi-qodu»dan söz düşmüşkən, aranız necədir dedi-qoduyla?

- Heç aram yoxdur belə şeylərlə. Elə o vaxt da bilirdilər ki, mənim dedi-qoduyla aram yoxdur. Elə ona görə də məni həmin proqrama aparıcı dəvət etmişdilər. Çox reytinqli bir proqram oldu.

Gülər Bayramova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq