Azərbaycanın ən böyük 'facebook' qrupunun rəhbəri AZXEBER.COM-a danışdı: 'Qruplar açılacaq'

Azərbaycanın ən böyük
Bütün Xəbərlər
12:10 06.06.2013
3701

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarından etibarən “Facebook”da Azərbaycanın siyasi yükə malik, üzvlərinin sayı 200-300 mindən çox olan və ciddi müzakirələrin aparıldığı bir neçə qrupu yoxa çıxıb. Həmin qruplar “Prezidentə dəstək - 2013, “Azərbaycana baxış” “Azərbaycan 2013: Qələbə!”, “Xilas” və “İstefa” qruplarıdır. Qrupların yoxa çıxmasından sonra söz-söhbətlər də səngimək bilmir. Bəziləri bunu texniki problemlərlə, bəziləri isə siyasi amillərlə əlaqələndirir. Maraqlıdır ki, müxalifət media bu məlumatı bir tərəfli şəkildə işıqlandırır. Belə ki, onlar yalnız müxalifət qruplarının bağlanması haqda xəbər veriblər. Əslində, isə iqtidara yaxın və üzv sayı 400 minə yaxın olan qruplar da bağlanıb. Bu qruplardan ən böyüyü "Azərbaycan 2013: Qələbə" qrupunun rəhbəri Elməddin Əmirov məsələylə bağlı AZXEBER.COM-açıqlama verib. Onun dediyinə görə, qruplar siyasi amillərə görə bağlanmayıb: "Ən böyük facebook qruplarının bağlanmasıyla bağlı çoxları “cırtdanın nağılını” danışır.Bu gün özlərini bu sahədə mütəxəssis adlandıran adamların bəzi portalara verdikləri müsahiblər gülüş doğurur. Bəziləri deyir bu məsələ Turkiyədə baş verən son hadislərlə bağlıdır. Bəziləri texniki porblem kimi qiymətləndirir. Bir qrup insanlar da məsəliyə siyasi don geyindirməyə çalışır. Əgər məsələ Türkiyədə baş verən hadisələrlə bağlı olsaydı bu qruplardan öncə Türkiyədə baş verənləri muzakirə edən fan-səhifələr bağlanmalı idi amma bu olmadı. İkinci bir yanaşma texniki məsələdir mən duşünmürəm ki, "facebook"un bağlanan 5 qrupla bağlı xüsusi qaydası var. Facebookda qaydalar hər kəs üçün eynidir. Üçüncü bir məsələ isə hadisəyə siyasi don geydirənlərdir. Məlum olduğu kimi bağlanan qruplar həm iqtidar, həm də müxalifət nümayendələrının təmsil olunduğu qruplardır. Əgər siyasi məqsəd daşısaydı bu bir istiqamətə şamil olunmalı idi.

O bildirib ki, məsələ "facebook"da baş verən dəyişikliklərlə bağlıdır və qruplar yenidən açılacaq: "Məsələ "facebook"da baş verən yeniliklərlə bağlıdır. "Facebook" qruplarda yukləmlərə nəzarəti gucləndirib. Bildiyiniz kimi bağlanan qrupların yaddaşında çoxlu informasiyalar toplandığından bu qruplar müvəqqəti olaraq bağlanıb. Amma düşünürəm ki, "facebook" bu qrupları bərpa edəcək çünkı facebook istifadəcilərin maraqlarını hər zaman qoruyan sosial şəbəkədir" Hacıbəy Heydərli

OXŞAR XƏBƏRLƏR