Azərbaycanın ən maraqlı obyekti turistlərin üzünə qapandı

Azərbaycanın ən maraqlı obyekti turistlərin üzünə qapandı
Bütün Xəbərlər
11:01 21.05.2013
1202

“Hələlik rəsədxanaya kütləvi ekskursiyalara icazə verilmir”

Azərbaycana gəlmiş turist Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına buraxılmayıb. Həmin şəxsin milli.az-a verdiyi məlumata görə, ötən gün rəsədxanaya ekskursiya etmək istəsə də, ona maneə yaradılıb. Bildirilib ki, rəsədxanaya ancaq vəzifəli şəxslər buraxılır. Daha sonra isə dedilər ki, guya təmir gedir, bu səbəbdən içəri heç kim buraxılmır. Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında bildirib ki, rəsədxananın əsaslı təmirdən sonra açılşı bir neçə gün əvvəl olub. Direktor müavinin sözlərinə görə, buna görə hələlik rəsədxanaya kütləvi ekskursiyalara icazə verilmir. Çünki bunun üçün mexanizm hazırlanmayıb. X.Mikayılov qeyd etdi ki, yaxın bir həftə ərzində ekskursiya üçün mexanizm hazırlanacaq. Girişin ödənişli olub-olmaması da bundan sonra məlum olacaq.

OXŞAR XƏBƏRLƏR