Ən yaraşıqlı azərbaycanlı model Rüstəm Cəbrayılov boşanması ilə bağlı xəbərlərə nöqtə qoyub.
AZXƏBƏR.COM ATV.az-a istinadən xəbər verir ki, azərbaycanlı model boşanma məsələsini etiraf edib: "Nikahımız uğursuz alındı, boşanma ərəfəsindəyik. Rəsmi boşanmasaq da, ayrılmışıq. Şəxsi həyatım barəsində çox danışmağı xoşlamıram. Çünki şəxsi həyat şəxsi qalmalıdır".

