Azərbaycanın ərazi bütövlüyü NATO tərəfindən dəstəklənib

Azərbaycanın ərazi bütövlüyü NATO tərəfindən dəstəklənib
Bütün Xəbərlər
15:19 22.05.2012
1102
NATO-nun ABŞ-ın Çikaqo şəhərində keçirilən sammitində qəbul edilmiş bəyannamədə Azərbaycan haqqında paraqraf var. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında sənədin 47-ci bəndində Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət edildiyinin vurğulandığını bildirib. "Bu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü növbəti beynəlxalq təşkilat tərəfindən dəstəklənir. Sənədi imzalayanlar arasında dünyanın aparıcı ölkələri, eyni zamanda Minsk qrupuna daxil olan ölkələr var. Həmsədr ölkələrin prezidentlərinin fikirləri öz mövqelərini əks etdirir. Bu göstərir ki, NATO kimi mötəbər təşkilat Azərbaycana dəstək göstərir".
OXŞAR XƏBƏRLƏR