Azərbaycanın “Eurovision 2021”də iştirakı təsdiqləndi

MAQAZİN
12:30 18.09.2020
325
Azərbaycanın "Eurovision 2021" mahnı müsabiqəsində iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən xəbərə görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək tədbirdə ölkəmizi müğənni Samirə Əfəndi təmsil edəcək.

Yarışmanın 18, 20 və 22 may tarixlərində Rotterdamda keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Eurovision"ın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

Mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

OXŞAR XƏBƏRLƏR