"Soyqırım Həqiqətlərinin Tanıdılması“İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyyətinin üzvü, Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli alman parlamentində Sosial Demokratlar Partiyasından olan millət vəkili Şteffen-Klaudio Lemme ilə görüşüblər.
Görüş zamanı QHT rəhbərləri Ermənistanın Dağlıq Qarabağ ərazisini işğal etdikdən sonra 1 milyondan artıq məcburi köçkünümüzün öz torpaqlarından didərgin düşməsini, Xocalı soyqırımını törədən insanların hələ də cəzasız qalmasını, soyqırım qurbanlarının bu günə qədər beynəlxalq hüquq normaları çərçivəsində haqqlarının bərpa olunmamasını, münaqişənin həll edilməməsinin Cənubi Qafqaz regionun hərtərəfli inkişafı üçün başlıca maneə olmasını diqqətə çatdırıb, münaqişə ilə bağlı bəzi Avropa dövlətlərinin ikili standartlardan çıxış etdiyini, konfliktin həll olunmasında iştirak edən dövlətlərin tam ədalətli mövqe nümayiş etdirmədiyini vurğulayıblar.
Görüşdən məmnun qaldığını bildirən cənab Lemme Almaniyanın da Ermənistan və Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həll edilməsində və regional sabitliyin təmin olunmasında maraqlı olduğunu, konfliktin həllinin bütün Cənubi Qafqaz regionu üçün geniş imkanlar aça biləcəyini qeyd edib. Maraqlı fikir mübadiləsindən sonra hər iki QHT rəhbəri Cənab Lemme ilə birlikdə Bundestaqın binasını gəziblər. Görüşün sonunda alman millət vəkilinə Azərbaycanın mədəniyyətini, tarixini əks etdirən ingilis dilində kitablar təqdim olunub. Bundan başqa onlar Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya jurnalistlər Birliyində görüş keçiriblər.
Görüşd Prof.Dr.Verena Renneberg ve Andre Gahlert iştirak edib. Görüş də bir çox məsələlər müzakirə olunub. Həmçinin bəzi avropalı jurnalistin Azərbaycanla bağlı həqiqətə uyğun olmayan yazılar yazması diqqətə çatdırılıb. Bildirilib ki, qərəzsiz jurnalist həqiqəti yazmalıdır və bunun üçün problemlə yaxından tanış olmalıdır. Azərbaycanın 20 faiz ərazilərinin ermənilər tərəfindən işğal olunması, bunun nəticəsində 1 milyondan artıq vətəndaşımızın qaçqın düşdüyü qeyd olunub. Bütün bunların, həmçinin Azərbaycanda olan müsbət dəyişilkliklərin obyektiv işıqlandırılmasının dostluq əlaqələrimizə töhvə verəcəyi önə çəkilib. Bu səbəbdən də Almaniya Jurnalistlər Birliyində Təmsil olunan bir çox jurnalistin Azərbaycana səfəri ilə bağlı razılığa gəlinib. Almaniya Jurnalistlər Birliyinə Qarabağın tarixi, mədəniyyəti ilə bağlı ingilis dilində kitablar, Azərbaycanın tarixi və turizm bölgələrini özündə əks etdirən jurnallar hədiyyə edilib.







