Azərbaycanın ilk peyki 2012-ci ilin sonunda orbitə buraxılacaq
Bütün Xəbərlər
11:56 23.01.2012
1226
Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması məqsədilə görülən işlər uğurla davam etdirilir. Artıq peykin istehsalı və orbitə çıxarılması xərclərinin maliyyələşdirilməsi məqsədilə xarici maliyyə institutları ilə kredit sazişləri bağlanıb. AZXEBER.COM-un ictnews.az-a istinadən verdiyi məlumata görə, eyni zamanda, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzlərinin tikintisi məqsədilə “Azərkosmos” ASC-yə torpaq sahəsi ayrılıb və hazırda tikinti işləri aparılır. 2012-ci ilin iyun ayına Mərkəzlərin tikintisinin başa çatdırılması nəzərdə tutulur.Peykin 2012-ci ilin IV rübündə geostasionar orbitə çıxarılacağı planlaşdırılır. Eyni zamanda, aşağıorbitli məsafədən zondlama peyklərinin və 2-ci telekommunikasiya peykinin hazırlanması istiqamətində də işlərə başlanılıb.