Azərbaycanın kosmosdakı peykinin ilk görüntüləri yayımlandı - FOTO

Azərbaycanın kosmosdakı peykinin ilk görüntüləri yayımlandı - FOTO
Bütün Xəbərlər
10:58 03.12.2012
1213
Azərbaycanın və Qafqazın ilk peyki olan "Azərspace-1" telekommunikasiya peykinin görüntüləri yayımlanıb. "Azərkosmos"dan Trend-ə verilən məlumata görə, peykin istehsalı tamamlanıb. Peyk hazırda son zavod testləri mərhələsindədir."Azerspace-1" peykinin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti və peykin raketdaşıyıcısının istehsalçısı olan Fransanın "Arianespace" şirkəti ilə müəyyən edilmiş qrafikə uyğun şəkildə həyata keçirilməkdədir.Belə ki, peykin son sınaq yoxlamaları cari ilin 5 dekabr tarixinə kimi yekunlaşacaq və peyk buraxılış üçün tam hazır vəziyyətə gətiriləcək. Daha sonra peyk 2013-cü ilin yanvar ayında Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromuna aparılacaq. Peykin gözlənilən tarixdə- 2013-cü ilin fevral ayında geostasionar orbitə çıxarılması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR