Azərbaycanın məşhur aktyoru soyuldu

Azərbaycanın məşhur aktyoru soyuldu
Bütün Xəbərlər
00:08 22.02.2012
1899
Məşhur aktyor Bəhram Bağırzadə qarət olunub. Day.az saytının verdiyi məlumata görə, oğurluq günün günorta çağı baş verib. Bakının mərkəzi küçələrindən birində avtomobilini saxlayaraq mağazaya girən B.Bağırzadə geri qayıtdıqda maşınına "əl gəzdirildiyini" görüb.
"Maşındakı çantada qoyub getdiyim fotoaparat yox idi. İnanın ki, fotoaparatın oğurlanmasına o qədər təəssüflənmirəm, nəinki onun yaddaşındakı şəkilləri itirməyimə. Şəkilləri şəxsi sərgim üçün hazırlamışdım. Oğurluq etmiş şəxsə və ya şəxslərə müraciət edirəm: fotoaparatı özünüzə saxlayın – bunu tam ürəkdən deyirəm. Zəhmət olmasa, fotoların olduğu yaddaş kartını qaytarın, çox xahiş edirəm. Başqa heç nə istəmirəm", - deyə B.Bağırzadə bildirib
OXŞAR XƏBƏRLƏR