Azərbaycanın məşhur diktoru vəfat etdi

MEDİA
12:03 26.11.2021
1182
Azərbaycan radiosunun diktoru Lyudmila Nəzərli dünyasını dəyişib.

Bu haqda diktor, əməkdar artist İradə Ağayeva bildirib.

Noyabrın 2-də koronavirusa yoluxan Lyudmila Nəzərli xəstəxanaya yerləşdirildikdən bir müddət sonra müalicəsini reanimasiyada davam etdirirdi.

Qeyd edək ki, Lyudmila Nəzərli Azərbaycan Radiosunda çalışıb, 2014-cü ildən indiyədək CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib.

O, ötən il "Tərəqqi” medalına layiq görülüb.
 
///Kulis.az

OXŞAR XƏBƏRLƏR