Azərbaycanın məşhur marketlər şəbəkəsi bağlanır?

Azərbaycanın məşhur marketlər şəbəkəsi bağlanır?
İQTİSADİYYAT
15:23 07.05.2025
1113
Ölkə ərazisində yüzlərlə filialı olan "AL Market" mağazalar şəbəkəsinin bir çox filiallarının bağlanması ilə bağlı məlumat yayılıb.

AZXEBER.COM xəbər verir ki, bağlanan filiallar həm Bakı, həm də bir çox bölgələri əhatə edir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən şəbəkənin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova faktı təsdiqləyib.

O qeyd edib ki, söhbət müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyətinin dayandırılmasından gedir: "Azərbaycanın aparıcı endirim mağazalar şəbəkəsi olan "AL Market”, xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə start verib. Bu çərçivədə müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyəti dayandırılıb, eyni zamanda daha funksional və rahat mağazaların açılışı həyata keçirilir”.

Bağlanan filiallarda çalışan işçilərin işdən çıxarılıb-çıxarılmayacağı məsələsinə gəlincə isə M.Əsədova vurğulayıb ki, həmin filiallarda çalışan əməkdaşların hər biri ilə fərdi şəkildə görüşlər keçirilib, alternativ iş yerləri təklif olunub.

"Artıq 250-dən çox əməkdaş yeni işlə təmin olunub”, - deyə mütəxəssis qeyd edib.

Xatırladaq ki, ilin əvvəlində də "AL Market” mağazalar şəbəkəsinin bir neçə filialının fəaliyyətini dayandıracağı ilə bağlı yayılmışdı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
20:02 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
19:53 08.11.2026
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
19:42 08.11.2026
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
19:40 08.11.2026
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
19:35 08.11.2026
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video