"Azərbaycanın mövqeyi birmənalıdır, açıqdır"

"Azərbaycanın mövqeyi birmənalıdır, açıqdır"
SİYASƏT
12:14 21.02.2023
315
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini getdikcə möhkəmləndirir, əməkdaşlığı genişləndirir, bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan tərəfindən başlanılan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra ölkəmizin beynəlxalq aləmdəki reytinqi daha da yüksəldi. 44 günlük müharibə Azərbaycanın həm iqtisadi, həm də hərbi gücünü dünyaya nümayiş etdirdi. Artıq ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin, eləcə də, beynəlxalq təşkilatların sayı getdikcə artır. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, müstəqil dövlətimiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. 

Ümumiyyətlə, ölkəmiz beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, respublikamızda həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, indiki dinamik inkişafı şərtləndirib. Azərbaycan regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən, beynəlxalq miqyasda əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatların fəal üzvünə çevrildi. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyə qayıdışından sonra qar¬şıya qoyulan prioritet vəzifələrdən biri beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirmək və həmin qu¬rumların fəal üzvünə çevrilmək idi. Azərbaycan müstəqillik dövründə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı kimi bir çox təşkilata üzv olmuşdur. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə də təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirdi. Bu gün Prezident cənab İlham Əliyevin dövlətimizin dünya birliyində mövqeyinin daha da güclənməsinə xidmət edən və xalqımızın siyasi iradəsinə əsaslanan siyasi kursu beynəlxalq aləmdə məmnunluqla qəbul olunur. Ölkə başçısı bu siyasəti müasir dövrün çağırışlarına və gələcəyin tələblərinə uyğun olaraq həyata keçirir.

Bildiyiniz kimi car ilin fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfər etmişdir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində  fevralın 18-də "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər. Bu plenar iclas bir daha onu göstərdi ki, bəzi qüvvələr Azərbaycanın yaratdığı yeni regional reallıqlarla hələ də barışmaq istəmirlər. Bu barədə panel müzakirələrindən sonra Azərbaycan telekanallarına müsahibə verən cənab Prezident İlham Əliyev fikir bildirdi: "İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişdi. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək". Həmçinin Cənubi Qafqazda təhlükəsizliklə bağlı sualı cavablandıran dövlətimizin başçısı deyib: "Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir".

Prezident cənab İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibə bir çox məsələlər müzakirə olundu. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması məğlub Ermənistandan fərqli olaraq, respublikamız Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın Baş nazirinin imzaladıqları üçtərəfli bəyanatlara, həmçinin digər razılaşmalara sadiqlik nümayiş etdirir. Qeyd edək ki, dövlət başçımız postmüharibə dövründə dəfələrlə  sülh və əməkdaşlıq çağırışları səsləndirib. Bu mövqe birmənalı şəkildə regionda təhlükəsizliyə və inkişafa yeni imkanların yaradılması kimi dəyərləndirlir. Bütün bunlar Azərbaycanın sülhyaratma prosesində sərgilədiyi prinsipial yanaşmanın beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini və qəbul edildiyini əyani şəkildə təsdiqləyir. 


İman Abduyev, politoloq

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
02:13 16.03.2025
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
00:13 16.03.2025
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
23:59 15.03.2025
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
20:01 15.03.2025
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü