“Azərbaycanın neft məhsullarının Ermənistana ixraca başlaması sülhə töhfədir” - Deputat

“Azərbaycanın neft məhsullarının Ermənistana ixraca başlaması sülhə töhfədir” - Deputat
SİYASƏT
22:26 18.12.2025
568
Xəbər verdiyimiz kimi, bu gün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb. 

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addımdır.

Milli Məclisin deputatı Azər Badamov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında paraflanmış sülh gündəliyi hər gün bir addım daha irəliləyir:

"Azərbaycanla Ermənistan arasında paraflanmış sülh gündəliyi hər gün bir addım da irəliləyir. Bu baxımdan Azərbaycan nefti və neft məhsullarının Ermənistana ixracına başlanması iki ölkə arasında etimad mühitinin möhkəmlənməsinə və sülhə gedən yolun sürətlənməsinə töhfə verəcək. Qəbələdə baş nazirlərin birinci müavinləri səviyyəsində keçirilən görüşdən sonra Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycandan 22 vaqon benzin alınacağı barədə məlumat vermişdi. Bu gün isə həmin razılaşmanın icrasına başlanılıb”.

Parlamentari qeyd edib ki, Gürcüstan ilkin mərhələdə neft və neft məhsullarının tranziti üçün  rüsumlar tutulmayacaq:

"Hazırda iki ölkə arasında sülh müqaviləsi imzalanmadığından birbaşa ikitərəfli əlaqələrin qurulması mümkün deyil. Bu səbəbdən neft və neft məhsullarının Ermənistana ixracı Gürcüstan ərazisi üzərindən həyata keçirilir. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin açıqlamasına görə, Azərbaycandan Ermənistana ixrac olunacaq neft və neft məhsullarının ilkin partiyasından tranzit rüsumları tutulmayacaq. Gələcək mərhələdə isə Gürcüstan tranzit ölkə kimi rüsumlar tətbiq etməklə neft və neft məhsullarının daşınmasını həyata keçirəcək”.

Deputat deyib ki, hazırkı ixrac kommersiya xarakteri daşıyır:

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra ixracın tranzit ölkə üzərindən həyata keçirilməsinə ehtiyac qalmayacaq. İki ölkə arasında kommunikasiyalar açılacaq, dəmir yolu xətləri birləşdiriləcək. Bu isə neft və neft məhsullarının Ermənistana tranzit rüsumları olmadan, daha optimal qiymətlə ixracına imkan yaradacaq. Hazırkı ixrac kommersiya layihəsidir. Gələcəkdə isə iki ölkə arasında iqtisadi münasibətlər formalaşdıqdan sonra əməkdaşlıq yeni mərhələdə davam etdiriləcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müəllimlərin DİQQƏTİNƏ - Sertifikasiya imtahanın keçiriləcəyi məktəblərin SİYAHISI
23:07 08.06.2026
Müəllimlərin DİQQƏTİNƏ - Sertifikasiya imtahanın keçiriləcəyi məktəblərin SİYAHISI
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video