Azərbaycanın orbitə çıxaracağı peyk internet qiymətlərinə necə təsir edəcək?

Azərbaycanın orbitə çıxaracağı peyk internet qiymətlərinə necə təsir edəcək?
Bütün Xəbərlər
15:40 06.01.2012
3743

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxacağı vaxt açıqlandı

Xəbər verdiyimiz kimi, Avropanın “Arianespace” kosmik-raket şirkəti 2012-ci ilə 13 kosmik raket buraxılışının planlaşdırıldığı barədə məlumat yayıb. 2012-ci ilin dördüncü rübündə “Ariane-5ECA” raketdaşıyıcısı vasitəsilə Azərbaycanın ilk telekommunikasiya peykini də orbitə çıxaracaq.

Məsələ ilə bağlı AZXEBER.COM portalı Azərbaycan İnternet Formunun prezidenti, İKT eksperti Osman Gündüzün münasibətini öyrənib.

“Əvvəla onu deyim ki, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxması ölkənin imicini daha da qaldıracaq. Beynəlxalq aləmdə dayaqlarımızı daha da möhkəmləndirəcək. Bilirik ki, barmaqla sayılacaq qədər ölkələrin peykləri orbitə çıxarılıb.

Həmçinin, bu layihə kommersiya layihəsidir və mən belə düşünürəm ki, bu ,düşünülən qədər gəlir gətirməyəcək. Çünki, yerdəki “Delta” telekom və “Aztelekom” şirkətləri internet trafikini daha ucuz başa gətirirlər.Ancaq internetin qiyməti təbii şəkildə ucuzlaşacaq. Orbitə çıxarılacaq peykə o qədər də ehtiyac qalmır. Halbuki bu telekommunikasiya peykinin əvəzinə orbitə ekoloji peyk, təhlükəsizlik peyki ,elmi yönümlü peyklər göndərilsə daha çox səmərə verər.

Bütövlükdə, Azərbaycan internetinin problemlərinin həllini telekommunikasiya peykindən gözləmək düzgün deyil”.

Bayramova Gulnarə

OXŞAR XƏBƏRLƏR