Azərbaycanın quru sərhədləri mayın 1-i açılmayacaq

Azərbaycanın quru sərhədləri mayın 1-i açılmayacaq
SOSİAL
11:32 19.04.2023
2846
Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Baş nazir Əli əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü ilin 1 iyul saat 06:00-dək uzadılıb.

Bu isə o deməkdir ki, Azərbaycanın quru sərhədləri bağlı olaraq qalır. 

Qeyd edək ki, son günlər quru sərhədlərin mayın 1-də açılacağı deyilirdi. Ancaq Oprrativ Qərargahın son qərarı bu xəbərin doğru olmadığını ortaya çıxarmış oldu.
OXŞAR XƏBƏRLƏR