Azərbaycanın Rusiyadakı səfirliyi bəyanat yaydı

Azərbaycanın Rusiyadakı səfirliyi bəyanat yaydı
Bütün Xəbərlər
00:24 05.07.2012
1618

Azərbaycanın Rusiyadakı səfirliyi bu gün Yaroslavl vilayətinin Borisoqleb rayonunda 3 Azərbaycan vətəndaşının yaralanması ilə nəticələnən insidentlə bağlı bəyanatla çıxış edib.

Səfirlik baş verən hadisədən narahat olduğunu vurğulayıb. Münaqişə xüsusi xidmət orqanı əməkdaşının iştirakı ilə baş verib. Azərbaycan diasporunun məlumatına görə, zərərçəkənlərə ciddi təzyiq göstərilir. Səfirlik bu insidentin obyektiv araşdırılması üçün Rusiya Federasiyasının səlahiyyətli orqanlarına müraciət edəcək. Səfirliyin əməkdaşı bu gün Azərbaycan diasporunun nümayəndələri və yerli orqanlarla görüşlər keçirmək üçün Yaroslavl vilayətinə gedəcək. Səfirliyin bəyanatında bildirilir ki, səfir Polad Bülbüloğlu Yaroslavl vilayətindəki Azərbaycan diasporunun rəhbərləri ilə mütəmadi əlaqə saxlayır. Xatırladaq ki, Yaroslavl vilayətinin Borisoqlebsk rayonunda azərbaycanlılarla naməlum iki şəxs arasında baş verən atışmada beş nəfər yaralanıb. Hadisə Ustye çayının sahilində baş verib. Bir qrup azərbaycanlı yüksək səslə musiqiyə qulaq asıb, bu zaman yaxınlıqda qadınlarla dincələn iki hərbçidən biri onlara yaxınlaşaraq musiqinin səsini azaltmağı xahiş edib. Azərbaycanlı səsi azaltmaqdan imtina edib, buna cavab olaraq hərbçi soydaşımıza travmatik tapançadan atəş açıb. Atəş nəticəsində 3 azərbaycanlı yaralanıb, soydaşlarımızdan biri silahı hərbçinin əlindən almağa müvəffəq olub. Bundan sonra o həmin silahdan hərbçiyə və onun dostuna atəş açaraq onları yaralayıb. Soydaşlarımıza atəş açan hərbçinin vəziyyətinin ağır olduğu bildirilir. Başlamış cinayət işinin materialları Rusiya Təhqiqat Komitəsinin Yaroslavl qarnizonu üzrə hərbi-təhqiqat şöbəsinə verilib. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr “RİA Novosti”yə atəş açan kişinin Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu və Yaroslavlda yaşamadığını bildiriblər./anspress/

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA