AZXEBER.COM-un İran mediasına istinadən verdiyi məlumata görə, ötən gün Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini Abbas Əraqçi səfrimizi qəbul edərək, Azərbaycanda dini müqəddəslərə olunan təhqiramiz rəftarlarla bağlı ona öz etirazını bildirib. Öz növbəsində səfir Cavanşir Axundov İranın etirazını Azərbaycan rəsmilərinə çatdıracağını vurğulayıb.