AZXEBER.COM Day.Az-a istinadən şou-biznes nümayəndələrinin həyat yoldaşları arasında yaş fərqini araşdırıb.Lalə Məmmədova həmişə kişilərin diqqətini cəlb edib, lakin müğənni öz valideynlərinin dostlarının oğlu İlhamı seçib. Həyat yoldaşı ondan 16 yaş böyükdür.Fidan Hacıyeva İngiltərə vətəndaşı Filip Neylorla ailə qurub. Onun həyat yoldaşı özündən 11 yaş böyükdür.Aktrisa Sevinc Əlişova rejissor Fuad Əlişovla müğənni Manananın klipinin çəkilişləri zamanı tanış olub. Fuad Sevincdən 15 yaş böyükdür."Milk&Kisses" qrupunun üzvü Fəridə Nelson avstriyalı skripkaçı Stefan Kamilarova ərə gedib. Həyat yoldaşı Fəridədən 15 yaş böyükdür.Türkiyəli aktyor Tolqa Karelə ərə gedən model Günay Musayevanın isə əri özündən 9 yaş böyükdür.İlhamə Quliyeva bu yaxınlarda etiraf edib ki, bir neçə ildir ərə gedib. Müğənni deyib ki, əri ondan bir neçə yaş böyükdür, lakin onun yaşını açıqlamaq istəməyib.Səbinə Babayeva bu günlərdə ərə gedib. Onun həyat yoldaşı Cavid Şərifov özündən 6 yaş kiçikdir.