Xalq artisti, sevilən aktyor və rejissor Ramiz Əzizbəyli iflic olub.
Aktyor açıqlamasında hazırda səhhətinin pis olduğunu bildirib: “Artıq bir neçə ildir ki, periodik olaraq səhhətim pisləşir. Bir neçə gün öncə ağız nahiyəmdən iflic oldum. Gecə-gündüz həkim nəzarəti altında müalicə olunuram. Özümü pis hiss edirəm, danışmağa çətinlik çəkirəm”. Qeyd edək ki, bir neçə il öncə R.Əzizbəyli qaraciyər və bağırsaq xəstəliyindən iki əməliyyat keçirib. (movqe.az)