Azərbaycanın tanınmış jurnalist-dizayneri vəfat etdi

Azərbaycanın tanınmış jurnalist-dizayneri vəfat etdi
MEDİA
17:00 03.01.2018
5276
Azərbaycan mətbuatının tanınmış dizayneri Fuad Həsənov 43 yaşında dünyasını dəyişib.
 
AZXEBER.COM xəbər verir ki, F. Həsənov uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib.
Bir müddət əvvəl insult keçirərək komaya düşüb. Bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, F.Həsənov "Ədalət”, "Hürriyyət”, "7 Gün” qəzetlərində, fəaliyyəti dayandırılmış "ANS Press” saytında dizayner işləyib. Sonuncu iş yeri "Daşınmaz əmlak” jurnalı olub.

F.Həsənovun həyat yoldaşı Marina Səttarbəyli də əvvəllər jurnalist olub. Onların üç övladı var.

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR