Azərbaycanın tanınmış müğənnisini toyda döydülər?

Azərbaycanın tanınmış müğənnisini toyda döydülər?
ŞOU-BİZNES
13:52 08.09.2011
2239

Yerli mətbuatda xəbərlər dolaşır ki,Elza Seyidcahanı döyüblər. Məlumata görə, əməkdar artist yerli restoranın birində köhnə qudaları tərəfindən döyülüb. Müğənni ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirmək istədik. "Neyləyək indi, bunu yazanları məhkəməyə verək? Əsəbiləşirəm! Absurd, absurd, absurd! Görün, bunlar necə insanlardır ki, sənətçinin sənətini qoyub, onun şəxsi həyatını müzakirəyə çıxardırlar. Belə bir hadisə olmayıb. Bu yalandır. Mən özümü belə səviyyəyə salmaram, onlara ayıb olsun ki, belə xəbərlər yayırlar. Bu xəbərə yalnız məhkəmədə cavab vermək olar. Məni niyə narahat edirlər? Avropada sənətçini narahat edəndə, bilirsiniz, nələr baş verir? Onu məhkəməyə verirlər. Oturduğum yerdə məni olmayan məsələyə görə narahat edirlər. Lap olubsa da, sənin nə ixtiyarın var, mənim şəxsi həyatıma müdaxilə edəsən? Mənim keçmişdə də olsa, qohum olduğum insanlar belə tərbiyəsiz və səviyyəsiz adamlar deyillər ki, restoranda qadın döysünlər. Bu mənim səviyyəm deyil. Çox ayıb olsun! Bunu yazanların qələmləri belə güclüdürsə, müğənninin sənəti haqda yazsınlar. Ona ləkə atmasınlar. Sonra özləri ləkələnərlər. Allah belə insanların başına oyun açar".

OXŞAR XƏBƏRLƏR