Azərbaycanın tanınmış televiziya rejissoru vəfat edib

Azərbaycanın tanınmış televiziya rejissoru vəfat edib
MEDİA
17:27 08.04.2021
693
Azərbaycanın televiziya rejissoru, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə vəfat edib.

AZXEBER.COM xəbər verir ki, o, aprelin 8-də qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, M.Bədirzadə 1945-ci ilin yanvar 13-də Bakıda anadan olub. O, Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olan rejissor təhsil aldığı universitetində çalışıb.
OXŞAR XƏBƏRLƏR