AZXEBER.COM-un məlumatına görə, Mirzə Rzaxanzadə özünə şəxsi avtomobil almaq üçün Gürcüstana gedib. Aldığı yeni avtomobillə vətənə qayıdarkən yağışlı hava səbəbindən idarəetməni itirib və maşın yol kənarına aşıb.
Mirzə Rzaxanzadə 1975-ci ildə Şamaxının Qaracüzlü kəndində doğulub. Asəf Zeynallı adına Musiqi Kollecini bitirən xanəndə bir çox müsabiqələrin laureatı idi.Az öncə məşhur aşıq havasına klip çəkdirmişdi, təqdimatını keçirmək qismət olmadı.Allah rəhmət eləsin!