Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ali vəzifəli kimlərdir? – SİYAHI

Azərbaycanın Təhlükəsizlik Şurasına daxil olan 11 ali vəzifəli kimlərdir? – SİYAHI
Bütün Xəbərlər
12:26 20.10.2015
2304

Prezidentin yanında məşvərətçi orqan.

Qeyri-rəsmi xəbərlərə görə, ötən bazar günü Prezident Adminstrasiyasında Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə fövqəladə toplantı keçirilib.

Prezidentin sədrliyilə keçirilən toplantıda milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunduğu qeyd edilir.

Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.

O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

Bəs Təhlükəsizlik Şurasına kimlər daxildi?

AZXEBER.COM Modern.az-a istinadən Prezidentin sədrlik etdiyi Təhlükəsizlik Şuranın tərkibinə daxil olan vəzifəli şəxslərin siyahısını təqdim edir:

Milli Məclisin sədriBaş nazirPrezidentin Administrasiyasının rəhbəriXarici siyasət məsələləri üzrə dövlət müşaviriHərbi işlər üzrə dövlət müşaviriBaş prokurorXarici işlər naziriMüdafiə naziriMilli təhlükəsizlik naziriDaxili işlər naziri

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir.

Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.

OXŞAR XƏBƏRLƏR