21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.
Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariq millisi ilə üz-üzə gəlib.
B qrupunun "Bank Respublika Arena"da gerçəkləşən görüşü U-21 yığmamızın inamlı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları Nihat Əhmədzadə (8), Ağadadaş Salyanski (43, 51) vurublar.
Qeyd edək ki, U-21 qrupda 6 komanda arasında 10 xalla 5-ci olub.
///report///











































