Azərbaycanın U-21 millisinin oyununu norveçli hakim idarə edəcək

Azərbaycanın U-21 millisinin oyununu norveçli hakim idarə edəcək
İDMAN
16:28 27.09.2026
212
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Şotlandiyaya qarşı keçirəcəyi oyununa təyinatlar açıqlanıb.

UEFA-nın rəsmi saytı xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsindəki matç Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Matiyas Stöfrinqshauqa həmyerliləri Erland Hareland və Edvard Helgerud köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mohammad Usman Aslam yerinə yetirəcək.

Xatırladaq ki, U-21 millisinin Şotlandiya ilə oyunu sentyabrın 30-da Kilmarnok şəhərində baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

///report///
OXŞAR XƏBƏRLƏR