Xalq artisti Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilib.
AZXEBER.COM-un məlumatına görə, dünən axşam saatlarında vəziyyəti pisləşən sevimli aktrisamıza ürək-damar çatışmazlığı diaqnozu qoyulub.
Xalq artistinin həyat yoldaşının Əhməd Təhməzovun açıqlamasında sevimli aktrisamız dünən axşam Musiqili Komediya Teatrının səhnəsində oynadığı "7 məhbus anası" tamaşasından sonra özünü pis hiss edib.
Bundan sonra dərhal xəstəxanaya aparılan aktrisanın hazırda vəziyyətinin stabil olduğunu bildirilir.