“ARAZ fm 103.3”-ün və Xəzər televiziyasının efirində yayımlanan “İmza mən” verilişinin növbəti qonağı xalq artisti Nisə Qasımova olub.
AZXEBER.COM-un məlumatına görə, verliş ərzində sənətçi yoldaşlarının Nisə Qasımovaya ünvanladığı suallar və fikirlər, xalq artisti üçün çox qeyri-adi və maraqlı olub. Verlişin gedişatında, xalq artistinə gözləmədiyi anda böyük bir gül dəstəsi hədiyyə olunub. Gülləri çox sevdiyini bildirən Nisə Qasımova sevincini də gizlədə bilməyib.
Sonda imzalı fotolarını pərəstişkarlarına təqdim edən xalq artisti, onlarla birgəşəkillər də çəkdirib.
Qeyd edəki ki, verlişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.
Ozal İbrahimli