Azərbaycanın xalq rəssamının dəfn yeri müəyyənləşdi

Azərbaycanın xalq rəssamının dəfn yeri müəyyənləşdi
MƏDƏNİYYƏT
14:32 27.06.2013
1985

Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov gələn həftənin əvvəllərində Parisin tanınmış Passi məzarlığında torpağa tapşırılacaq.

Bu barədə APA-ya rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova məlumat verib. Onun sözlərinə görə, artıq Paris merindən dəfnlə bağlı müvafiq icazə alınıb.

Sevil Nərimanbəyova vəkilinin dəfnə hazırlıq işləri ilə məşğul olduğunu, mərasimin çox güman ki, gələn həftənin əvvəllərində keçiriləcəyini deyib: “Toğrul Nərimanbəyov sağ ikən bu yeri çox sevirdi və Passi məzarlığında dəfn olunmaq istəyirdi. Paris merinin ərimi Passi məzarlığında dəfn etməyə razılıq verməsinə çox məmnun oldum. Toğrul bu yeri çox sevirdi. İndi mən müəyyən mənada hətta Toğrulun qızına da minnətdaram. Çünki o məni məhkəməyə verməklə, böhtan atmaqla prosesi uzatdı və mən bu müddət ərzində Paris merindən ərimi arzusunda olduğu yerdə dəfn etməyə icazə ala bildim”.

Xatırladaq ki, Passi məzarlığının əsası 1820-ci ildə qoyulub, bu məzarlıq Parisin mərkəzində, Sena çayının sağ sahilində, Yelisey meydanında yerləşir. Burada tanınmış siyasətçilər, mədəniyyət xadimləri, o cümlədən tanınmış rəssam Eduard Mane, rəssam Bert Morissoo, bəstəkar Klod Debüssi, bəstəkar Qabrile Fore, İran şahının qızı Leyla Pəhləvi və digərləri dəfn olunublar.  

Qeyd edək ki, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, 83 yaşlı Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 7-də vəfat edib. Mərhumun ikinci həyat yoldaşı onun Fransada dəfn edilməsini istəyib. Lakin T. Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova buna qarşı çıxıb. O, atasının Azərbaycanda dəfn olunması tələb edib və Fransa məhkəməsində bununla bağlı iddia qaldırıb. Məhkəmə mərhumun Fransada dəfn olunması barədə qərar çıxarıb. Qərardan verilən apellyasiya şikayəti isə təmin olunmayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
18:56 04.06.2026
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə