Azərbaycanın Zaqatala rayonunda 6-cı sinif şagirdi bir həftədir itkin düşüb
Bütün Xəbərlər
19:40 13.12.2011
2402
Zaqatala rayonunda 11 yaşlı məktəbli itkin düşüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna məktəblinin atası Məhəmməd Ömərov məlumat verib.M. Ömərovun sözlərinə görə, oğlu, 2000-ci il təvəllüdlü, Zaqatala rayon Yuxarı Tala kənd 2 saylı məktəbin 6-cı sinif şagirdi Ömərov Loğman Məhəmməd oğlu dekabrın 7-də evdən çıxıb, bir daha geri qayıtmayıb. M. Ömərov övladının itkin düşməsi barədə Zaqatala Rayon Polis Şöbəsinə (RPŞ) müraciət etdiklərini bildirib.Zaqatala RPŞ-dan APA-nın yerli bürosuna 11 yaşlı məktəblinin itkin düşməsi faktını təsdiqləyiblər. Hazırda Zaqatala RPŞ əməkdaşları Loğman Ömərovun tapılaraq valideynlərinə təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.