Azərbaycan–Kipr Dostluq Cəmiyyəti: “Azərbaycan vətəndaşları şübhəli deyil, şahid qismində dindirilməlidirlər”

Azərbaycan–Kipr Dostluq Cəmiyyəti: “Azərbaycan vətəndaşları şübhəli deyil, şahid qismində dindirilməlidirlər”
SOSİAL
19:15 11.09.2026
84

Şimali Kipr Türk Respublikasında gəminin batması nəticəsində 14 nəfərin itkin düşməsi ilə bağlı aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib.

 O deyib ki, hadisə ilə bağlı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma” ittihamı üzrə istintaq davam etdirilir:

"məhkəmənin qərarı ilə hadisə ilə bağlı saxlanılan 9 nəfərin, o cümlədən gəmi heyətinin 8 üzvünün polis nəzarətində saxlanılma müddəti daha 7 gün uzadılıb. Hadisə ilə bağlı "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma” ittihamı üzrə istintaq davam etdirilir. Gəmi heyətində üç Azərbaycan vətəndaşı – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətov çalışıb. Onlar gəmidə matros, yağlayıcı və köməkçi heyət vəzifələrində fəaliyyət göstəriblər”.

O.Həsənoğlu vurğulayıb ki, Azərbaycan vətəndaşı olan heyət üzvlərinin istintaq çərçivəsində hüquqi statusunun obyektiv şəkildə qiymətləndirilməsinin vacibdir:

"Bu gün keçirilən məhkəmə iclasında Azərbaycan vətəndaşı olan heyət üzvlərinə qarşı ayrıca ittiham elan edilməyib. Azərbaycan vətəndaşı olan heyət üzvlərinin istintaq çərçivəsində hüquqi statusunun obyektiv şəkildə qiymətləndirilməsinin vacibdir.
Azərbaycan vətəndaşları şübhəli deyil, şahid qismində dindirilməlidirlər. Onların gəminin idarə olunması, texniki vəziyyəti və səfərə yararlılığı ilə bağlı qərarların qəbul edilməsində əsas səlahiyyət sahibi olmadıqları nəzərə alınmalıdır”.

"Gəminin texniki vəziyyətinin, səfərə yararlılığının və hərəkətə buraxılmasının qiymətləndirilməsi digər köməkçi heyət üzvlərinin əsas vəzifələri sırasında olmaya bilər.  Azərbaycan vətəndaşı olan heyət üzvləri hadisə zamanı gəmini son mərhələdə tərk edib və sərnişinlərə kömək göstərmək üçün öz həyatlarını riskə atıblar. Onlar şübhəli şəxs qismində istintaqa cəlb edilməməlidirlər. Onlar baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər. Hesab edirik ki, onların hadisə zamanı göstərdikləri davranış və sərnişinlərə kömək etmək cəhdləri istintaq zamanı hərtərəfli qiymətləndirilməlidir”, – deyə Həsənoğlu vurğulayıb.

O qeyd edib ki, polis istintaq qrupu hadisə baş verdiyi gündən etibarən 300-ə yaxın izahat alıb:

"İzahatların əsasən gəminin hərəkətə başlaması barədə verilən əmr, gəminin texniki hazırlığı, hava şəraiti və ümumi texniki vəziyyəti ilə bağlı olduğu bildirilir. Qəza başladığı andan etibarən üç Azərbaycan vətəndaşı sərnişinlərə kömək etməyə çalışıb. Topladığımız çoxsaylı video materiallar və şahidlərin polisə verdiyi çoxsaylı ifadələr var. Xüsusilə sosial mediada yayılan bir çox video görüntüdə onların gəmi batdığı son ana qədər gəmini tərk etmədən mübarizə apardıqları aydın görünür. Hazırda itkin olan sərnişinlərdən birinin hadisə zamanı ailəsinə göndərdiyi video görüntünün də istintaq işinə daxil edildiyini bildirib.
Görüntülərdə gəminin sürüşmə qurğusunun (kızakının) sınıq olduğu görünür və həmin görüntülərdə Azərbaycan vətəndaşı olan heyət üzvlərinin də görünməsi ehtimal edilir”. 

Orxan Həsənoğlu Azərbaycan vətəndaşı olan heyət üzvlərinin hüquqlarının qorunması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib:

"Əlbəttə, hazırda istintaq davam edir. Biz Şimali Kipr Türk Respublikasının hüquq sisteminə və məhkəmələrin qəbul edəcəyi qərarların ədalətli olacağına şübhə etmirik. Bizim əsas məqsədimiz Azərbaycan vətəndaşı olan heyət üzvlərinin hüquqlarının qorunması və hadisə zamanı onların göstərdiyi səylərin istintaq tərəfindən obyektiv şəkildə qiymətləndirilməsidir. 
Azərbaycan–Kipr Dostluq Cəmiyyəti faciə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, itkin düşən şəxslərin tezliklə tapılmasını arzulayır”.

Şahanə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çetin Tekindor xəstəxanaya yerləşdirildi - Rolu məşhur aktyora verildi
19:33 11.09.2026
Çetin Tekindor xəstəxanaya yerləşdirildi - Rolu məşhur aktyora verildi
ABŞ-nin xam nefti azalıb
19:21 11.09.2026
ABŞ-nin xam nefti azalıb
Azərbaycan–Kipr Dostluq Cəmiyyəti: “Azərbaycan vətəndaşları şübhəli deyil, şahid qismində dindirilməlidirlər”
19:15 11.09.2026
Azərbaycan–Kipr Dostluq Cəmiyyəti: “Azərbaycan vətəndaşları şübhəli deyil, şahid qismində dindirilməlidirlər”
Bu 4 bürcün həyatında dəyişikliklər başlayır
19:09 11.09.2026
Bu 4 bürcün həyatında dəyişikliklər başlayır
"Aşk-ı Memnu"nun aktrisasında xərçəng aşkarlandı - FOTO
18:55 11.09.2026
"Aşk-ı Memnu"nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
18:44 11.09.2026
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
Vuçiç sentyabrın sonunda istefa verəcək
18:34 11.09.2026
Vuçiç sentyabrın sonunda istefa verəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
18:22 11.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Vəliəhd Trampdan iki dəfə kömək istədi - ABŞ rədd cavabı verdi
18:09 11.09.2026
Vəliəhd Trampdan iki dəfə kömək istədi - ABŞ rədd cavabı verdi
Diplomatik korpus Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər
17:52 11.09.2026
Diplomatik korpus Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
17:42 11.09.2026
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
17:41 11.09.2026
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
17:39 11.09.2026
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Fərid Şəfiyevə 3 müavin də təyin edildi
17:29 11.09.2026
Fərid Şəfiyevə 3 müavin də təyin edildi
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
17:26 11.09.2026
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Nazirdən daha bir təyinat
17:25 11.09.2026
Nazirdən daha bir təyinat