Azərbaycanla Meksika arasında memorandum imzalandı - Fotolar

Azərbaycanla Meksika arasında memorandum imzalandı - Fotolar
SİYASƏT
10:22 19.04.2026
507
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksika Birləşmiş Ştatlarına işgüzar səfərə gedib.

AZXEBER.COM xəbər verir ki, səfər çərçivəsində bir sıra əhəmiyyətli görüş və tədbirlər baş tutub.

Komitə sədri və əməkdaşları Azərbaycanın Meksikadakı səfirliyini ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir çərçivəsində Ulu Öndərin 1982-ci ildə Meksikaya etdiyi rəsmi səfərə dair videoreportaj nümayiş olunub, həmin tarixi səfərin yaddaqalan olduğu vurğulanıb.

Daha sonra paytaxt Mexikonun mərkəzi Paseo Reforma prospektində yerləşən Meksika-Azərbaycan Dostluq Parkı ziyarət olunub. Bu dostluq parkı iki xalq arasında mehriban münasibətlərin rəmzi kimi qiymətləndirilir.

Səfərin əsas məqamlarından biri Meksika Xarici İşlər Nazirliyində keçirilən görüş olub. Komitə sədri Meksika Xarici İşlər Nazirliyində Xaricdə Yaşayan Meksikalılarla İş üzrə İnstitutun rəhbəri Tatyana Klutye ilə görüşüb. Görüşdə İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın diaspor siyasətinin dinamik inkişaf etdiyi xüsusi vurğulanıb, həmçinin hər iki ölkənin xaricdə yaşayan vətəndaşlarla iş sahəsindəki yanaşmaları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Komitə sədri rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyəti və həyata keçirilən mühüm layihələrdən danışıb, xaricdəki Azərbaycan icmalarının ümummilli dəyərlər ətrafında sıx birləşdiklərini, ölkəmizin xaricdəki "yumşaq güc”ünə çevrilmək yolunda uğur qazandıqlarını ifadə edib.

Həmçinin, 20 xarici ölkədə 32 Azərbaycan Evinin, 100-ə yaxın həftəsonu məktəbinin yaradıldığını, həyata keçirilən layihələrin yüzminlərlə soydaşımızı əhatə etdiyini, xaricdə yaşayan azərbaycanlıların uğurlu inteqrasiyasını və yaşadıqları ölkələrin ictimai-siyasi həyatındakı müsbət rollarını diqqətə çatdırıb.

Tatyana Klutye öz növbəsində qeyd edib ki, rəhbərlik etdiyi qurum dünyanın müxtəlif ölkələrində yaşayan meksikalı miqrantların hüquqlarının qorunması, milli kimliklərinin saxlanılması ilə yanaşı, onların sahibkarlıq fəaliyyətinin inkişafına, xüsusilə qadınların biznes fəaliyyətinə cəlb olunmasına və uşaqların təhsilinə dəstək göstərilməsi istiqamətində mühüm işlər həyata keçirir. Qeyd olunub ki, Meksika dövləti diaspor siyasətinə böyük önəm verir, çünki təkcə Amerika Birləşmiş Ştatlarında 11 milyon meksikalı yaşayır.

Görüşdə Azərbaycanın Meksikada fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev və səfirliyin əməkdaşları iştirak edib.

Görüş "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Xaricdə Yaşayan Meksikalılar İnstitutu vasitəsilə Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nun imzalanması ilə yekunlaşıb.

Bu mühüm sənəd xaricdə yaşayan azərbaycanlı və meksikalı icmaların fəaliyyətinə dəstəyin gücləndirilməsini, onların hüquq və maraqlarının qorunmasını, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Memorandum çərçivəsində tərəflər arasında müntəzəm məsləhətləşmələrin aparılması, informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihə və təlim proqramlarının təşkili planlaşdırılır. Sənəd iki ölkə arasında diaspor sahəsində əməkdaşlığın institusional əsaslarını möhkəmləndirərək gələcəkdə daha genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradır.

Ümumilikdə bu səfər və imzalanan memorandum Azərbaycan-Meksika münasibətlərinin inkişafına mühüm töhfə verməklə yanaşı, diaspor fəaliyyətinin daha səmərəli və koordinasiyalı şəkildə həyata keçirilməsi baxımından yeni imkanlar açır.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
22:43 03.11.2026
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
22:37 03.11.2026
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
22:30 03.11.2026
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
22:22 03.11.2026
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
22:11 03.11.2026
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
21:55 03.11.2026
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
21:54 03.11.2026
Sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
Avropada yeddi təyyarədə axtarış aparıldı
21:49 03.11.2026
Avropada yeddi təyyarədə axtarış aparıldı
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
21:41 03.11.2026
Kobaxidze: Avropa bürokratiyası suverenlik, demokratiya və qanunun aliliyinə qarşı çıxır
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:34 03.11.2026
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
21:26 03.11.2026
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
21:21 03.11.2026
Rusiyada Ermənistana qarşı gizli plan hazırlanıb – Paşinyan
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
21:14 03.11.2026
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
21:06 03.11.2026
İspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı həbs edilə bilər
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
20:58 03.11.2026
Zelenski Putinə zəng edəcək? - Özü açıqladı
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
20:53 03.11.2026
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib