Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni imkanları...
SİYASƏT
12:41 18.09.2023
413
Mərkəzi Asiya ölkələri dedikdə, türk dövlətləri olan Qazaxıstan, Tükmənistan, Qırğızıstan, Özbəkistan, Monqolustan və Tacikistan gəlir. Bu ölkələr okeanlardan uzaqda yerləşir. 

Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi, mədəni, siyasi əlaqələrlə bu ölkələrlə sıx bağlıdır. Azərbaycanla Mərkəzi Asiya əlaqələrində əsas yerlərdən birini qarşılıqlı səfərlər tutur.

Mərkəzi Asiya dövlətləri də yaxın dost, qardaş olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Onlar Vətən müharibəsində də Azərbaycanın haqq işinə dəstək veriblər. Ölkəmizdə işğaldan azad olmuş ərazilərimizdə aparılan bərpa yenidənqurma işlərinə töhfələr verirlər. Bu yaxınlarda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin özbək xalqı  adından Füzulidə açılan Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin xüsusi yeri var. 

Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən  siyasət sayəsində, xüsusilə  44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın bütün dünyada nüfuzu artıb. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. 

Bu günlərdə ölkə Prezidentinin Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının  5-ci  Məşvərət görüşündə fəxri qonaq kimi iştirakı dövlət başçımızın şəxsi nüfuzunun yüksəlməsinin  bariz nümunəsidir. Bu ilk dəfədir ki, Məşvərət görüşündə regiondan kənar ölkənin rəhbəri iştirak edir. Bu tədbir çərçivəsində Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb. Prezident  İlham Əliyevin bu Məşvərət görüşündəki çıxışı beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə xidmət  edəcək və xüsusi önəm daşıyacaq. Regionlar arasında əməkdaşlığın yeni formatına və xalqlarımızın yaxınlaşmasına səbəb olacaq.

Qarşılıqlı ticarət əlaqələri və sərmayə fondları yaradılıb. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaratdığı Ələt Azad İqtisadi Zonasına maraqlar artır. Azərbaycan Mərkəzi Asiya, Türkiyə və Avropa bazarları üçün nəqliyyat və logistika sahəsində mühüm yer tutur. Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb marşrutu ilə yükdaşımalara xidmət edir. Prezident çıxışında vurğulayıb ki, bu yol tərəfimizdən müasirləşdirilir, daşınma yüklərinin həcmi artır. Eyni zamanda Xəzər dənizində 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasının olması da, Mərkəzi Asiyadan göndərilən yüklərin artan tələbatını ödəmək üçün imkanları genişləndirəcək. 

Eyni zamanda dövlət başçısı qeyd edib ki, " Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır”.

Prezident İlham Əliyevin Tacikistana səfəri, Məşvərət görüşündə iştirakı qardaş ölkələrlə mövcud olan qarşılıqlı, faydalı əməkdaşlığımızda yeni səhifələr açacaq, münasibətlərimizi genişləndirəcək, eləcə də dövlətimizin beynəlxalq nüfuzunu yüksəldəcək. Bu görüş Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ələqalərdə açılan yeni üfüqlər gələcək üçün yaxşı perspektivlər vəd edib. 

Təyyubə Hüseynova
Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru,
əməkdar müəllim

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
08:08 06.10.2026
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
07:58 06.10.2026
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
07:50 06.10.2026
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
Paytaxtın bu ərazilərində işıq olmayacaq
07:40 06.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
07:36 06.10.2026
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
07:23 06.10.2026
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
07:11 06.10.2026
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
07:00 06.10.2026
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
06:48 06.10.2026
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
06:36 06.10.2026
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
06:23 06.10.2026
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
Müğənni həbsxanaya göndərildi
06:11 06.10.2026
Müğənni həbsxanaya göndərildi
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
06:00 06.10.2026
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
05:48 06.10.2026
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
Bu 4 bürcün bəxti həmişə gətirir
05:36 06.10.2026
Bu 4 bürcün bəxti həmişə gətirir
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək
05:23 06.10.2026
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək