Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev Tacikistan Respublikasının Avstriya Respublikasındakı səfiri Manuçehir Cobirlə nəzakət görüşü keçirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyada səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Görüş zamanı Azərbaycan–Tacikistan münasibətlərinin inkişaf perspektivləri, Tacikistanın beynəlxalq su diplomatiyası və Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb.
🇦🇿 Səfir Kamil Xasiyev qardaş Tacikistan Respublikasının Avstriya Respublikasındakı səfiri Manuçehir Cobirlə nəzakət görüşü keçirmişdir. Görüşdə Azərbaycan-Tacikistan münasibətlərinə, Tacikistanın beynəlxalq su diplomatiyasına və Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılmışdır.
— Embassy of Azerbaijan in Austria and Slovenia (@AzEmbAustria) October 5, 2026











































