Azərbaycanlı aparıcı səhnədə soyundu - FOTOLAR

MAQAZİN
07:38 18.09.2012
7152
Bu yaxınlarda Youtube.com video portalında ANS ÇM radiosunun DJ-i Cavid Osmanovun səhnədə soyunmasının görüntüləri yayılıb.
AZXEBER.COM-un məlumatına görə, Cavid Osmanov özünün “Cavid Osmanov və qrup” layihəsi ilə Bakının “Rok-N-Rol Kafe”lərinin birində təşkil olunan Pank konsertdə iştirak edirmiş. Yuxarıda adıçəkilən qrupdan başqa bu konsertdə Altun Zeynalov adlı rokçu, Bakıda məşhur olan Edem pank qrupu və Gürcüstanın Avrovijn musiqi yarışmasının daxili seçim turunda iştirak edən Mirror İllusion band-i də çıxış edib.
Qruplar bir-birini əvəz edir, konsertə toplaşanlar musiqidən həzz alırdı. Birdən səhnəyə kostyum, başında isə polis zabitinin furajkası olan gənc çıxdı. Bu, Cavid Osmanov idi. O, hiss olunan rayon ləhcəsi ilə elan etdi ki, bu “oblavadır”, konsertə gələnlər saxlanılıb, rok sevənlərə hədə-qorxu gəldi. Hamı təəccüb içindəydi. Amma, sən demə, bu, “Cavid Osmanov və qrup” layihəsinin özlərinin yazdığı “Polis” mahnısına keçid imiş. Cavid adıçəkilən mahnını oxudu. Mahnı polis nəfərinin adından oxunurdu. Sonra cənab Osmanov “Bizim Evdə” mahnısını ifa etdi. Mahnıda söhbət müəllifin fikrinə görə, Azərbaycanda baş verənlər haqda idi. Oxuyandan sonra Cavid kostyumunun şalvarını çıxararaq şortla qaldı. Çıxışının sonunda isə Osmanov bir şort, futbolka və corablarda qalmışdı.Konsertə gələnlərin sözlərinə görə, ən yadda qalan çıxış elə “Cavid Osmanov və qrup” layihəsinin idi. Cavid hətta Rüstəmov qardaşlarının “Tı Kto Takoy, Davay, do svidaniya” meyxanasının rok versiyasını da oxudu. Bundan başqa qrup “Yoxdu pul” və digər mahnıları oxudular. Qeyd edək ki, qrupa Caviddən başqa zərb ustası Dmitriy Tur, bas gitaraçı Sahib Bəyverdiyev və solo gitaraçı Sadıx Əlizadə daxildir.

OXŞAR XƏBƏRLƏR