Azərbaycanlı biznesmenin eks-sevgilisi palmayla toqquşdu - FOTO

Azərbaycanlı biznesmenin eks-sevgilisi palmayla toqquşdu - FOTO
Bütün Xəbərlər
14:30 11.05.2015
4004
Balerina Maldivdə başına gələni İnstagram-da paylaşıb
Yay hələ başlamasa da bir çox məşhurlar məzuniyyətə start veriblər. Onlardan biri də tanınmış rusiyalı balerina Anastasiya Voloçkovadır.
Anspress-in məlumatına görə, cazibədar sarışın tətil üçün Maldiv adasına üz tutub.
İstirahətindən olan fotolarını tez-tez sosial şəbəkə səhifəsində paylaşan balerina bu dəfə başına gələn bədbəxt hadisədən yazıb.
"Adada velosiped gəzintisi elə də uğurla alınmadı. Bir neçə palmanın yanından keçəndə müvazinəti qoruya bilmədim və ağaca çırpıldım. Bu çox gülünc idi. Velosipeddə özümü təhlükəsiz hiss etmirəm. Praktiki olaraq ondan istifadə edə bilmirəm".
Qeyd edək ki, Anastasiya Voloçkova ilə azərbaycanlı biznesmen Bəxtiyar Səlimov arasında eşq macərası yaşanıb. Onların məhəbbət romanı düz 2 il davam edib. Bu qış balerina sevgilisindən ayrılmaq qərarına gəlib. O, bunu Bəxtiyar Səlimovun Moskvaya gec-gec gəlməsilə əlaqələndirib.
OXŞAR XƏBƏRLƏR