“Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 8-ci turunun matçında Azərbaycanın Baku Fires və Fransanın Paris United komandaları qarşılaşıblar.
AZXEBER.COM-un məlumatına görə, Baku Fires 3:2 hesabı ilə qalib gələrək aktivinə növbəti 3 xalı yazdı və qrupda birinci yeri təmin etdi.
Döyüşlərin nəticələri:
Baku Fires - Istanbul Bosphorus
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Samir Brahimi (Əlcəzair) – 50:45, 49:46, 49:46
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Abdelkader Şadi (Əlcəzair) - 48:47, 45:50, 47:48
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Mişel Tavares (Fransa) - 49:46, 49:46, 48:4
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Xrvoye Sep (Xorvatiya) - 49:46, 49:46, 49:46
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Filipp Xrqoviç (Xorvatiya) - 49:46, 49:46, 49:46
Komandamızın yer aldığı “B” qrupunda Istanbul Bosphorus (Türkiyə) Leipzig Leopards (Almaniya) klubunu 4:1 hesabı ilə məğlub edib, Mexico City Guerreros (Meksika) və Beijing Dragons (Çin) komandaları arasında matç təxirə salınıb.
Turnir cədvəli:
- BakuFires – 24 xal, döyüşlərinfərqi - 33-7 (8 matç)
- LeipzigLeopards – 13, 21-19 (8)
- MexicoCityGuerreros – 13, 19-15 (7)
- ParisUnited – 12, 17-22 (8)