Azərbaycanlı deputat: ”Burada sizə kömək yoxdur, ağ bayraq qaldırıb Ermənistana gedin və onlara tabe olun"

Azərbaycanlı deputat: ”Burada sizə kömək yoxdur, ağ bayraq qaldırıb Ermənistana gedin və onlara tabe olun"
Bütün Xəbərlər
23:50 14.10.2011
1899
Milli Məclisin deputatının qəbuluna gedən məcburi köçkünə Ermənistandan kömək istəmək tövsiyə olunub. Bu barədə “Yeni Müsavat”a Kəlbəcər rayonundan olan məcburi köçkün Alagöz Vəli qızı Verdiyeva məlumat verib.A.Verdiyeva deyir ki, rayonları işğal olunandan sonra ailə üzvləri ilə birlikdə bir müddət Tərtərdə, sonra isə Goranboyda məskunlaşıblar. Onun dediyinə görə, maddi durumları pis olduğu üçün işləmək üçün bacısı Qərənfil Verdiyeva ilə birlikdə Bakıya gəliblər: “75 yaşlı anam Xuraman Verdiyeva hazırda iki bacımla birlikdə Goranboyun Veyisli kəndində yaşayır. Onların yaşadığı ev başqa adamındır. Sadəcə, məcburi köçkün olduğumuz üçün orada qalmağımıza şərait yaradıblar. Bacım Qərənfillə mən Həzi Aslanov qəsəbəsində kirayədə yaşayırıq. Kafelərdə qab yumaq və təmizlik işi ilə məşğul olaraq çörəkpulu qazanırıq. Goranboyda məcburi köçkünlərə ev tikilib paylananda bizə ev verilməsi haqda müraciət etdik. Bildirdilər ki, biz Tərtərdə qeydiyyatda olduğumuz üçün bizə Tərtərdə tikilən evlərdən veriləcək”.A.Verdiyeva onların rayonundan seçilən deputat Cavid Qurbanovdan da şikayət etdi: “İyun ayında bacım günün altında işlədiyi üçün səhhətində problem yarandı. Ona günvurma diaqnozu qoyuldu. Həmin vaxt o, həm də infarkt keçirdi və bir ay Semaşko adına xəstəxanada müalicə aldı. Maddi durumumuz ağır olduğu üçün onu müalicə etdirə bilmirik. Bacımın xəstəliyi ilə yanaşı digər problemlərimizə kömək etməsi üçün deputat Cavid Qurbanovun qəbuluna getdim. Amma o, məni qəbul etmədi. Sonralar dəfələrlə onun qəbuluna getsəm də yenə qəbul etmədi. Sonuncu dəfə Cavid Qurbanovun qəbuluna gedəndə onun qəbuluna gələnləri siyahıya alan Həbib adlı şəxs dedi ki, deputatın sizə borcu yoxdur və o, sizi qəbul etməyəcək. Sonra Həbib üzünü mənə tutaraq ”Azərbaycanda sizə kömək yoxdur, ağ bayraq qaldırıb Ermənistana gedin və onlara tabe olun" dedi. Bundan sonra Cavid Qurbanovun qəbuluna getmədim".A.Verdiyeva problemlərinin aradan qaldırılması üçün Kəlbəcər Rayon İcra Hakimiyyətinə də müraciət etdiyini, amma oradan ona yardım edilmədiyini söylədi: “Yayda ”Azadlıq" metrosunun yaxınlığında Cavid Qurbanovun qardaşı ilə görüşüb ona problemlərimiz haqda ona danışdım. O, yanımızda Kəlbəcərin icra başçısının Aqil adlı köməkçisi ilə telefonla danışandan sonra onun yanına getməyimizi məsləhət gördü. Anamla birlikdə Aqilin qəbulunda olduq. İcra başçısının köməkçisi bizimlə söhbət zamanı “Cavid Qurbanovun atasının 9 ferması var. Gedin, o, sizə köməklik etsin. Maaşımdan sizə verən deyiləm” dedi. Sonra icra başçısı Vidadi Məhərrəmovun qəbuluna getdik. O da dedi ki, cibimdən sizə kömək edə bilmərəm, gedin, hökumət kömək etsin".A.Verdiyeva hazırda bacısının durumunun ağır olduğunu və ölkə rəhbərliyindən onlara köməklik edilməsini xahiş etdi. Yazı ilə bağlı adları çəkilən şəxslərin mövqeyini çap etməyə hazırıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
09:59 14.06.2025
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
Yol polisi “Son zəng”lə bağlı xəbardarlıq edib
09:57 14.06.2025
Yol polisi “Son zəng”lə bağlı xəbardarlıq edib
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
09:47 14.06.2025
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
09:46 14.06.2025
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
09:41 14.06.2025
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
09:38 14.06.2025
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
02:47 14.06.2025
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
01:36 14.06.2025
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
00:37 14.06.2025
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
23:54 13.06.2025
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
23:44 13.06.2025
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
23:33 13.06.2025
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
İran ordusuna yeni baş komandan təyin edildi
23:29 13.06.2025
İran ordusuna yeni baş komandan təyin edildi
KİV: İsrailin qadın pilotu İranda əsir götürülüb
23:24 13.06.2025
KİV: İsrailin qadın pilotu İranda əsir götürülüb
İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu
23:09 13.06.2025
İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu
Zaqatalada avtomobilin vurduğu piyada ölüb
22:58 13.06.2025
Zaqatalada avtomobilin vurduğu piyada ölüb