Azərbaycanlı deputat son sözü dedi: Bu gün dünya dağılmayacaq

Azərbaycanlı deputat son sözü dedi: Bu gün dünya dağılmayacaq
Bütün Xəbərlər
11:30 21.12.2012
1190

“Dünyanın sonunu Allahdan başqa heç kim bilə bilməz. Kim Allaha şəkk gətirib, özündən qiyamət açıqlaması verirsə, onun şeytani qüvvələrə xidmət etdiyi gün kimi aydındır. Yeganə məqsədləri insanları xof altında saxlamaq olan belələrinin sayıqlamalarına önəm vermək lazım deyil”.Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov söyləyib.

Xatırladaq ki, “maya təqvimi”nə görə, bu gün dünyanın sonudur. Kainatın məhv olacağını, bəşəriyyətin bütün infrastrukturlardan məhrum olacağını iddia edən “şam”lar hər kəsi “tədbirli” olmağa, ərzaq, şam və digər zəruri qidalar almağa səsləyib.

Millət vəkili Elman Məmmədov qeyd edir ki, bu onların ilk belə proqnozu deyil və hər dəfə də yalan çıxıb: “Onlar 2000-ci ildə də dünyanın dağılacağını deyirdilər. İndi də deyirlər. Yəqin ki, bundan sonra da deyəcəklər. Günah onlara inanlardadır. Əlbəttə, başa düşürlər ki, əsəbi həssas olan insanlar var ki, bu “proqnozlar”dan vahiməyə düşəcəklər. Onların əsas hədəfləri də məhz belələridir”.

“Dünya dağılsa, şamı özünüzlə o dünyaya aparacaqsınız” replikasını səsləndirən Elman Məmmədov xalqı bu cür mənasız şaiyyələrə uymamağa çağırdı:“Əgər dünya dağılacaqsa, onda ərzaq nəyə lazımdır? Hamısı boş şeylərdir. Müəyyən dairələrin biznes maraqlarına xidmət edir. Ona görə də belə şeylərə fikir vermək lazım deyil. Həyat davam edir. Dünyanın sonuna çox qalıb. Yəqin ki, biz o günü görməyəcəyik”.

OXŞAR XƏBƏRLƏR