Azərbaycanlı deputatın ailəsində faciə yaşandı

Azərbaycanlı deputatın ailəsində faciə yaşandı
Bütün Xəbərlər
14:14 22.11.2012
2585
İranın Şərqi Azərbaycan vilayətinin Qaradağ mahalının Vərzigan şəhərindən ölkə parlamentinə seçilmiş azərbaycanlı deputat Allahverdi Dehqan avtomobil qəzasına düşüb.Hadisə noyabrın 21-də axşam saatlarında Zəncan-Təbriz yolunda baş verib. Qəza nəticəsində millət vəkilinin həyat yoldaşı, 15 yaşlı qızı və 12 yaşlı oğlu hadisə yerindəcə keçiniblər. A. Dehqan avtomobilini özü idarə edirmiş. Millət vəkilinin və 2 yaşlı oğlunun isə qəzada ağır yaralandığı bildirilir. Hər iki yaralı komada vəziyyətindədir, onlardan birinin vəziyyəti ağırdır.
//APA
OXŞAR XƏBƏRLƏR